Müəllif hüquqları və digər bildirişlər
UYĞUNLUQ BƏYANNAMƏSİ
Bununla, Microsoft Mobile Oy bu RM-945 məhsulunun 1999/5/EC Direktivinin əsas tələbləri və digər müvafiq müddəaları ilə
uyğunluq təşkil etdiyini təsdiq edir. Uyğunluq Bəyannaməsinin surətini www.nokia.com/global/declaration/declaration-of-
conformity ünvanından əldə etmək olar.
Məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Microsoft Mobile öz qərarı ilə öz
xidmətlərini qismən və ya tam şəkildə dəyişdirə, ona düzəliş və ya dayandıra bilər. Ətraflı məlumat almaq üçün dileriniz və ya
xidmət təminatçınız ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı
bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.
Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı
və ya mətninə dair heç bir birbaşa və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və
xüsusi məqsədlər üçün yararlığına dair dolayı zəmanət verilmir. Microsoft Mobile istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən
bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.
Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Microsoft Mobile, ya da onun hər hansı lisenziarları hər hansı
məlumatın və ya gəlirin itməsi və ya hər hansı xüsusi, təsadüfi, nəticədə və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət
daşımır.
Microsoft Mobile-ın əvvəlcədən yazılı razılığı olmadan bu sənədin hər hansı formada bir hissəsinin və ya bütün məzmununun
surətinin çıxarılması, ötürülməsi və ya paylanması qadağan edilir. Microsoft Mobile davamlı inkişaf siyasətini işlədir. Microsoft
Mobile bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək
hüququna malikdir.
Microsoft Mobile cihazınızla birlikdə təqdim olunmuş üçüncü tərəf proqramlarının funksionallığı, məzmunu və ya son istifadəçi
dəstəyi ilə bağlı heç nə təqdim etmir, heç bir zəmanət vermir və ya məsuliyyət daşımır. Proqramdan istifadə etməklə, siz proqramın
olduğu kimi təqdim edildiyini qəbul edirsiniz.
Bəzi məhsulların, xidmətlərin və funksiyaların işləməsi regionlara görə dəyişə bilər. Lütfən əlavə məlumat üçün və dil seçimlərinin
mövcudluğu ilə bağlı yerli dilerinizə müraciət edin.
TM & © 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur. Nokia əmtəə nişanı Nokia Corporation-a məxsusdur. Üçüncü tərəf
məhsullar/adlar müvafiq sahiblərinin ticarət nişanları ola bilər.
The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such marks by Microsoft Mobile is under
license.
Bu məhsula açıq mənbəyə aid proqram təminatı daxildir. Müvafiq müəllif hüquqları və digər bildirişlər, icazələr və bəyanatlar üçün
əsas ekranda *#6774# seçin.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
23